Əsas Səhifə > Cəmiyyət > “MOBİL MƏHKƏMƏ” BAŞLADI

“MOBİL MƏHKƏMƏ” BAŞLADI


5-04-2012, 12:37
“MOBİL MƏHKƏMƏ” BAŞLADI

OPERATORLARIMIZ BİR-BİRİLƏRİNƏ QARŞI

Ali Məhkəmədə “Bakcell” MMC və “Azercell Telekom” MMC şirkətlərinin kassasiya şikayətləri əsasında məhkəmə başlayıb.

APA-nın məlumatına görə, ilk proses aprelin 4-də keçirilib.

Növbəti proses isə aprelin 18-nə təyin olunub.

Qeyd edək ki, əvvəlcə “Bakcell” MMC şirkəti “Azercell Telekom” MMC şirkəti ilə aralarında bağlanan operatorlararası arabağlantı tarifi üzrə müqaviləyə əlavənin bağlanmış hesab olunması, qarşılıqlı hesablaşma aktlarının etibarsız sayılması və vurulmuş zərərin tələb edilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.

İddiada göstərilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2009-cu aprel ayından etibarən arabağlantı tarifinin 2 qəpik səviyyəsində tətbiq edilməsi barədə qərar qəbul edib. Lakin “Azercell Telekom” MMC tarif qiymətini dəyişdirməyib. Bunun nəticəsində şirkətə maddi ziyan dəyib.
Məhkəmə “Bakcell” MMC-nin şikayətini təmin edərək, arabağlantı tarifinin 2009-cu ilin aprelindən etibarən 1 dəqiqəsi 2 qəpikdən hesablanmasını və “Azercell Telekom” MMC tərəfindən iddiaçıya yaranmış borcların ödənilməsi barədə qərar qəbul edib. Bundan narazı qalan “Azercell Telekom” MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qismən ləğv edərək, yeni qərar çıxarıb. Həmin qərarla razılaşmayan şirkətlər isə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.


Geri qayıt