Əsas Səhifə > Ölkə > RAMİL USUBOVA QARŞI İTTİHAM

RAMİL USUBOVA QARŞI İTTİHAM


4-04-2012, 16:28
RAMİL USUBOVA QARŞI İTTİHAM

POLİS MAYORU BADALAQ QURBANI OLUB

Bu gün Media Mərkəzdə keçirilən mətbuat konfransında keçmiş polis mayoru Rafael Mirzəyevin hüquqlarının pozulması barədə danışılıb.

Bu il martın 19-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə Mirzəyevi 234.4.1 və 234.4.3-cü (qanunsuz narkotik saxlamaq, daşımaq və satmaq) maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi Ələkbər Məmmədov işi sifariş hesab edir, belə ki, keçmiş polis mayoruna DİN rəhbərliyi badalaq qurub. Mirzəyevin həyat yoldaşı Təranə Mirzəyeva bildirib ki, Bakı Prokurorluğunun müstəntiqi Fərid Nağıyev ona “işin yuxarıdan sifariş olunduğunu və ona heç kimin kömək edə bilməyəcəyini” deyib.

Rafael Mirzəyev uzun illər polisdə işləyib. Paytaxtın Nəsimi rayonunda narkobiznesə qarşı mübarizə şöbəsində işlədiyi müddətdə onun rəhbərliklə mübahisələri var idi. Bundan başqa, o, hansısa vəzifəli şəxsin qohumunu həbs etmişdi, məmur isə ondan qisas alacağına söz vermişdi.

Qısa müddət sonra Mirzəyevi Qazax rayonuna müstəntiq təyin edilib, yəni faktiki olaraq, vəzifəsi kiçildilib, bu zaman heç bir izahat verilməyib və köçürülmə üçün razılığı alınmayıb.

Qazaxda ikən o, dəfələrlə nazirin adına paytaxta, ailəsinin yanına köçürülməsi xahişi ilə müraciət yazıb. Lakin o, hələ də 60 məktubuna cavab almayıb. Hüquq müdafiəçisi Ələkbər Məmmədov hesab edir ki, DİN rəhbərliyi Mirzəyevi cəzalandırmaq məqsədilə əməliyyat hazırlayıb və həyata keçirib.

Belə ki, Mirzəyevin tanışı ondan təcrübəli əməliyyatçı kimi narkodilerə qarşı əməliyyatda iştirak etməyi xahiş edib. “Əməliyyat” uğurla həyata keçirilib, narkodiler malı ilə birlikdə saxlanılıb. Lakin sonradan məlum olub ki, Mirzəyev iştirakçıya, daha sonra isə həm də müttəhimə çevrilib.

Vəkil Elçin Əliyev saxlanma zamanı və məhkəmənin gedişində çoxsaylı pozuntular olduğunu bildirib. Hazırda Rafael Mirzəyev Kürdəxanıda Bakı istintaq təcridxanasında saxlanılır.


Geri qayıt