Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İSA QƏMBƏR ƏBÜLFƏZ QARAYEVƏ MƏKTUB GÖNDƏRİB

İSA QƏMBƏR ƏBÜLFƏZ QARAYEVƏ MƏKTUB GÖNDƏRİB


4-04-2012, 15:58
İSA QƏMBƏR ƏBÜLFƏZ QARAYEVƏ MƏKTUB GÖNDƏRİB

MÜXALİFƏTDƏN NAZİRƏ İSMARIC

Müsavat Partiyasının başqanı İsa Qəmbər mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə məktub göndərib.

“Media forum” saytına danışan başqan müavini Tofiq Yaqublu deyib ki, məktubda Opera və Balet Teatrında Müsavat Partiyasının qurultay keçirməsinə şərait yaradılması istənir: “İsa Qəmbərin məktubunda qeyd olunub ki, Müsavat Partiyası Opera və Balet Teatrında qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti cavab məktubunda qeyd edib ki, Opera və Balet Teatrı Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Ona görə də nazirlikdən razılıq almaq lazımdır. Nazir Əbülfəz Qarayevdən Opera və Balet Teatrında Müsavatın qurultay keçirməsinə razılıq verməsini istəmişik. May ayından başlayaraq həftənin şənbə və bazar günlərində qurultayı keçirməyə hazırıq”.


Geri qayıt