Əsas Səhifə > Ölkə, Manşet > RÖVNƏQ ABDULLAYEVƏ QARŞI SSENARİ

RÖVNƏQ ABDULLAYEVƏ QARŞI SSENARİ


4-04-2012, 14:47
RÖVNƏQ ABDULLAYEVƏ QARŞI SSENARİ

ARDNŞ PREZİDENTİ DƏ «QİYAMÇILARIN» HƏDƏFİNƏ ÇEVRİLƏ BİLƏR

DİA.AZ: - Son ünlər Sulutəpədəki sənədsiz evlərə qarşı «səlib yürüşü»nə start verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu yolla özünü təxribatçı qüvvələrin hədəfinə çevirə bilər. Bu barədə məlumat DİA.AZ redaksiyasına məlumatlı qaynaqlar tərəfindən ötürülüb.

Mənbəmiz bildirir ki, hələlik kimlərsə tərəfindən sakinlərə qarşı ruhlandırılan ARDNŞ prezidenti hansı oyunun içinə sürükləndiyinin fərqində deyil: «Məlumdur ki, Dövlət Bayraq Meydanının inşası ilə əlaqədar plana düşən evlərin sakinlərinin qaldırdığı səs-küy az qala beynəlxalq qalmaqala çevrilmişdi və dəfələrlə Azərbaycan dövlətinə bir sıra təşkilatlar tərəfindən ciddi şəkildə xəbərdarlıq edildi. Aydın idi ki, «Avroviziya» mahnı müsabiqəsi kimi mühüm bir tədbirin ərəfəsində rəsmi Bakı beynəlxalq qınaqlara qarşı aqressiv reaksiya sərgiləməyəcəkdi. Və nəhayətdə evləri plana düşən ailələr razı salındı».

Mənbəmiz onu da xatırladır ki, eyni zamanda bir sıra ərazilərdə də nəzərdə tutulan söküntü işləri məhz bu səbəbdən ertələndi: «Məsələn, keçmiş «Sovetski» küçəsi belə ərazilərdən hesab olunur. Hətta həmin planda İmam Hüseyn məscidinin sökülməsi də nəzərdə tutulurdu. Amma hələlik Azərbaycan hakimiyyəti bu barədə ən yaxşı halda susmağa üstünlük verdi. Lakin plan var və mütləq icra olunacaq. Sadəcə olaraq məlum yarışmanın bitməsi gözlənilir».

Mənbəmiz bildirdi ki, ümumiyyətlə YAP iqtidarının daxili qərarına əsasən bu kimi münaişəli layihələrin böyük əksəriyyətinin icrası ertələnib: «Amma buna baxmayaraq, Rövnəq Abdullayev sank kimlərinsə təhriki ilə kifayət qədər saya malik olan ailələrə qarşı hücum planından vaz keçmədi. Artıq böyük bir narazı ordusu yaranıb. Ki, bu ordunun da qısa müddət içində təşkilatlanaraq ARDNŞ şefinə qarşı hərəkətə salınacağı heç şübhəsizdir».

Bu işdə konkret maralı qüvvələrin olduğunu bildirən mötəbər mənbə idia edir ki, uzun müddətdir prezidentin yeni komandasının üzvlərindən hesab olunan Rövnəq Abdullayevlə ədavətdə olan Prezident Administrasiyası rəhbərliyi də Sulutəpə sakinlərinin etiraz aksiyalarında maraqlıdır: «Hətta polisə narazı sakinlərə qarşı həddindən artıq aqressivliyin göstərilməsi də tapşırılıb ki, burada da məqsəd atəşin daha da alovlanmasına xidmət edir».

Bu yolla Rövnəq Abdullayevin mövqelərinin zəif düşürüləcəyini zən edən rəqiblər bir neçə müddət öncə nəqliyyat naziri Ziya Məmmədova qarşı istifadə etdikləri priyomları ilə bu dəfə ARDNŞ prezidentinin üzərinə gəlməkdədirlər. Və maraqlıdır ki, proseslərdən həddən-ziyadə məlumatsız olan və siyasət adamı olmadığı ilk baxışdan bəlli olan Rövnəq Abdullayev də qurulan tələyə asanlıqla düşüb.


Geri qayıt