Əsas Səhifə > Şou-biznes > ELŞAD XOSE ÖZ TOYUNDAN DANIŞDI

ELŞAD XOSE ÖZ TOYUNDAN DANIŞDI


4-04-2012, 13:59
ELŞAD XOSE ÖZ TOYUNDAN DANIŞDI

“BƏZİLƏRİ SAXTA TOY EDİRLƏR, AMMA BİZDƏ ƏSL TOY OLDU”

Populyar repçi, bu günlərdə rəqqasə Oksana Rəsulova ilə ailə qurmuş Elşad Xose yerli telekanallardan birinə açıqlamasında toyu haqda bəzi məqamları dilə gətirib.

Day.Az saytı xəbər verir ki, o, hər şeyin əla keçdiyini bildirib: «Bəziləri iddia edirdilər ki, biz evlənməyəcəyik. Amma bu, baş verdi. Bəziləri saxta toy edirlər, amma bizdə əsl toy oldu».

Elşad toya dəvət etdiyi bəzi şəxslərin məclisə qatılmadığını da söyləyib: «Anlamıram, belə idisə, niyə dəvətnamə istəyirdilər?»

Geri qayıt