Əsas Səhifə > Dünya > ABŞ-DA DƏHŞƏTLİ OLAY

ABŞ-DA DƏHŞƏTLİ OLAY


4-04-2012, 13:05
ABŞ-DA DƏHŞƏTLİ OLAY

İKİ YAŞLI UŞAQ PALTARYUYANIN İÇİNƏ DÜŞÜB

ABŞ-ın Oregon ştatında dəhşətli hadisə baş verib. Tiffani Hebb oğulu Ollie ilə birlikdə paltarları maşına yerləşdirirmiş. Ollie anasına kömək etmək üçün paltar səbətinin üzərinə çıxıb. Anası digər otağa keçərkən Ollie maşının içinə girib. Bir müddət sonra evdə oğulunun olmadığını görən ana, oğulunu paltaryuyan maşının içində tapıb.

Paltaryuyan maşının içində qalan oğulunu xilas edə bilməyən Tiffani qonşusunu köməyə çağırıb. Lakin artıq iş-işdən keçmişdi.

Xəstəxanaya aparılan Ollie 6 saat sonra dünyasını dəyişib. Tiffani dəhşətli hadisəni bu cür açıqlayıb: "Onu evin hər yerində axtardım amma tapa bilmədim. Son olaraq əlimi maşının içinə saldım və kiçik bədənini hiss etdim. Həyatımın ən pis anı bu idi."


Geri qayıt