Əsas Səhifə > Cəmiyyət > KƏRƏM HƏSƏNOVUN SAXTA MÖHÜRÜ
KƏRƏM HƏSƏNOVUN SAXTA MÖHÜRÜ4-04-2012, 13:00 |
SAXTA MÖHÜRÜ DÜZƏLDƏNLƏR YAXALANIB Azərbaycanda Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin möhür və rekvizitlərini saxtalaşdıran şəxsin əməllərinin qarşısı alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, "Meyniman-1" MMC-nin təsisçisi və direktoru, Şirvan şəhər sakini Həmidxan Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin möhür və rekvizitlərini saxtalaşdırmaqla, Respublika Meliorasiya və Su Təsərrüfatı ASC-nin Göyçay rayonu Qaraməryəm kəndinin ərazisindəki 10 kilometr uzunluğunda dəmir borunun 96000 manata satılması barədə 15 fevral 2012-ci il tarixli müqavilə ilə dövlət əmlakına qeyri-qanuni olaraq sahiblik hüququnu əldə edib. H. Mürvətov boruları kəsib satmaq üçün həmin əraziyə gətirdiyi metal kəsmək üçün nəzərdə tutulmuş 60 ədəd kislorod balonu və 1 ədəd "ÇTZ" markalı boru düzən traktor maddi sübut kimi götürülərək Göyçay rayon Suvarma Sistemləri İdarəsinə təhvil verilib. Geri qayıt |