Əsas Səhifə > Cəmiyyət > MAŞTAĞADA ANTİKORRUPSİYA ƏMƏLİYYATI

MAŞTAĞADA ANTİKORRUPSİYA ƏMƏLİYYATI


4-04-2012, 12:57
MAŞTAĞADA ANTİKORRUPSİYA ƏMƏLİYYATI

İCRA NÜMAYƏNDƏSİ RÜŞVƏTƏ GÖRƏ TUTULDU

Azərbaycanda vəzifəli şəxs korrupsiya faktı ilə əlaqədar saxlanılıb.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları dünən Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hacıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət faktı ilə əlaqədar saxlanılıb.

Maştağa icra nümayəndəliyindən APA-ya faktı təsdiqləyiblər. İcra nümayəndəliyindən faktla bağlı ətraflı açıqlama verilməyib.

Geri qayıt