Əsas Səhifə > Güney Press, Üçüncü sektor > JURNALİSTƏ QARŞI QURULAN OYUN ÖRT-BASDIR EDİLİR

JURNALİSTƏ QARŞI QURULAN OYUN ÖRT-BASDIR EDİLİR


2-04-2012, 17:31
JURNALİSTƏ QARŞI QURULAN OYUN ÖRT-BASDIR EDİLİR

XƏDİCƏNİN İŞİNDƏ YENİLİK YOXDUR

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova Bakıya qayıdıb.

Aprelin 2-də “Media forum” saytına danışan Xədicə İsmayılova bildirib ki, martın 22-dən 30-a kimi bir neçə xarici ölkədə müxtəlif tədbirlərdə iştirak edib.

Mart ayında Xədicə İsmayılova şantaj və təhdidə məruz qalıb. Baş Prokurorluq jurnalistin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işinə başlayıb. İstintaqı Bakı Şəhər Prokurorluğu aparır.

“Media forum”a açıqlamasında jurnalist deyib ki, istintaq işində heç bir yenilik yoxdur: “Səfərə yollanmazdan qabaq Baş Prokurorluğu xəbərdar etdim və bildirdim ki, istintaq hərəkətlərini vəkil Adil İsmayılovla həyata keçirə bilərlər. Onlardan gözlədiyimiz müəyyən istintaq hərəkətləri var. Amma bu günlər ərzində vəkilə istintaq hərəkətləri ilə bağlı heç bir müraciət olmayıb. Səfərdən qayıdandan dərhal sonra müstəntiq Nail Əliyevlə əlaqə saxladım və Bakıda olduğumu bildirdim. Aprelin 2-də gün ərzində müstəntiqlə danışmaq istəmişəm, amma telefonlarıma cavab verməyib. Ümid edirəm ki, daha vacib işlərə görə bu istintaq özbaşına buraxılıb”.


Geri qayıt