Əsas Səhifə > Cəmiyyət, Manşet > MİSİR MƏRDANOVUN HƏYƏCANLI ANLARI
MİSİR MƏRDANOVUN HƏYƏCANLI ANLARI2-04-2012, 17:14 |
NAZİR ORXAN KƏRİMOVUN MƏHKƏMƏSİNİ «CANLI» ŞƏKİLDƏ DİNLƏYİR DİA.AZ: - Məlum olduğu kimi, keçən il antikorrupsiya tədbirləri çərçivəsində təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin əməkdaşı Orxan Kərimov həbs olundu və hazırda onun məhkəmə istintaqı davam etdirilməkdədir. Gözlənildiyi kimi, bir çoxları tərəfindən nahaq qurban hesab olunan və həbsində Misir Mərdanovun ayıblarının ört-basdır edilməsi məqsədinin güdüldüyü iddia olunan Orxan Kərimov məhkəmə iclasında sakit dayanmayaraq cərəyan edən özbaşınalığa sərt təpgi verib. Bildirilir ki, sonuncu məhkəmə iclasında TN-nin sabiq işçisi özünü müdafiə edərək məhəkəmə heyətinə bir sual da ünvanlayıb ki, əgər məhkəmənin işi əsl cinayətkarları gizlətməkdirsə və onu öldürəmkdirsə, o zaman bunu bəri-başdan söyləsinlər və o da ölüm aclığına başlasın. Bir sözlə, Orxan Kərimov proqnozlara uycun olaraq heç də susmaq niyyətində deyil. Halbuki onun yaxınlarına TN rəhbərliyi tərəfindən dəfələrlə susmasının müabilində şirnikləndirici təkliflərin edilməsi xəbərləri də yayılmışdı və bildirilirdi ki, haqsı yerə həbs olunmuş Orxan Kərimovun yaxınları bu iyrənc təklifdən imtina ediblər. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, bu gün Orxan Kərimovun məhkəmə istintaqını böyük həyəcanla izləyənlərdən, təqib edənlərdən biri də Misir Mərdanovdur. Əslində onun həyəcanının əbəs olmadığı da söylənilir. Mənbəmiz vurğulayır ki, yaxın günlərdə təhsil nazirliyində yeni korrupsiya yoxlamalarının həyata keçirilməsi gözlənilir: «Neçə müddətdir ki, qanunsuz tələbə qəbulu prosesində Misir Mərdanovun və eləcə də təhsil nazirliyinin rəhbərliyinə aid bir neçə simanın - Şahrza Əliyevin və digərlərinin adları hallandırılmaqdadır. Artıq bu məsələ ilə bağlı faktlar araşdırmaya götürülüb və bu işdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da bir maraqlı tərəf kimi əldə etdiyi məlumatları müvafiq dövlət qurumlarına ötürüb». Məhz bu səbəbdən TN-də yeni yoxlamaların gözlənildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, bu həyəcanı azmış kimi Misir Mərdanov Orxan Kərimov cəbhəsindən gələn xəbərləri də diqqətlə izləməkdədir: «Hətta Misir Mərdanovun adamlarından biri məhkəmə zalında əyləşərək telefonunu açıq saxlayıb və nazir məhkəmə prosesini bu yolla canlı şəkildə izləmə fürsəti də əldə edib». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |