Əsas Səhifə > Hadisə, Manşet > YENİ ANTİKORRUPSİYA DALĞASI GÖZLƏNİLİR

YENİ ANTİKORRUPSİYA DALĞASI GÖZLƏNİLİR


2-04-2012, 15:43
YENİ ANTİKORRUPSİYA DALĞASI GÖZLƏNİLİR

İCRA BAŞÇILARI HƏYƏCAN İÇİNDƏ; NÖVBƏTİ HƏBS BUMU KİMLƏRİ VURACAQ?

DİA.AZ: - Hakimiyyət yeni korrupsiya həbslərinə tədarük görür. Bu barədə məlumat redaksiyamıza Prezident Administrasiyasına yaxın çevrələrdən daxil olub. Bildirilir ki, bu dəfə həbslər icra strukturlarında həyata keçiriləcək. Hətta rayon icra başçılarından birinin müavini də həbs oluna bilər. Ona qarşı rüşvət ittihamı artıq hüquq-mühafizə orqanlarının əllərindəki faktlarla əsaslandırılmaqdadır.

Xatırladaq ki, bir neçə gün əvvəl bələdiyyə strukturlarında belə bir həbs müşahidə olundu. Mənbə DİA.A-a bildirir ki, əslində rəsmi Bakı icxra strukturlarındakı məmur özbaşınalığının aradan qaldırılması üçün dəfələrlə sərt cəzalara dəvət edilsə də, beynəlxalq təşkilatların bu kimi tövsiyyələrə hər dəfəsində qulaqardına vurulub.

PA-dakı qaynağımızın iddiası: «Amma bu dəfə məsələ tamam fərqlidir. Bütün Azərbaycan «Avroviziya» üzərində köklənib. YAP iqtidarı isə beynəlxalq qurumlarla intensiv əlaqədədir. Belə bir şəraitdə hansısa təklifin nəzərdən keçirilməməsi qeyri-mümkündür».

Mənbəmiz onu da bildirdi ki, hətta hazırda həbsdə saxlanılan siyasi məhbuslarla bağlı da yeniliklər gözlənilir. Qeyd edək ki, bu məlumatlarla bağlı geniş araşdırmamız olacaq. Və bu səbəbdən yaxın vaxtlarda həmin faktları diqqətinizə çatdırmaq qərarını verdik. Bizi izləyin…


Geri qayıt