Əsas Səhifə > Sosial, Manşet > MÜXALİF MƏTBUATA «AVROVİZİYA» «HƏDİYYƏSİ»

MÜXALİF MƏTBUATA «AVROVİZİYA» «HƏDİYYƏSİ»


2-04-2012, 14:02
MÜXALİF MƏTBUATA «AVROVİZİYA» «HƏDİYYƏSİ»

XARİCİ QONAQLAR BAKIDA OLANDA QƏZET YAYIMI MƏHDUDLAŞDIRILACAQ

DİA.AZ: - Hakimiyyət müxalifət mətbuatına qarşı yeni bir sürpriz hazırlayır. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə idida edir ki, «Avroviziya-2012» mahnı yarışması ilə əlaqədar ölkəmizə səfər edəcək əcnəbi turistlərin Azərbaycan gerçəkliklərindən uzaq tutulması hakimiyyətin əsas qayğılarından biridir.

Mənbə DİA.AZ-a bildirir ki, hətta Azərbaycan türkcəsində nəşr edilmələrinə baxmayaraq, may ayı ərzində müxalif və müstəqil mətbuatın şəhərin mərkəzi hissələrində yayımının əngəllənməsi planlaşdırılır: «Maraqlıdır ki, qəzetlərimizi gələək turistlərin oxuya bilməməsi belə nəzərə alınmayıb».

Onu da bildirək ki, artıq bir neçə müddətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Tiarət Departamentinin işçiləri küçələrdə əldə qəzet satan işçilərə qarşı reydlər keçirməkdədirlər. Mənbəmizə görə, həmin reydlər aprel ayının sonlarına yaxın daha da gücləndiriləcək: «Hətta mərkəzi hissələrə yerləşdirilən yeni qəzet köşklərində belə müxalifət yönümlü qəzetlərərast gəlinməyəcək».

Geri qayıt