Əsas Səhifə > Şou-biznes > TAMAŞAÇILAR ÜÇÜN ŞOK TƏDARÜKÜ

TAMAŞAÇILAR ÜÇÜN ŞOK TƏDARÜKÜ


2-04-2012, 13:47
TAMAŞAÇILAR ÜÇÜN ŞOK TƏDARÜKÜ

ROYA YENİ PROJE HAZIRLAYIR

Populyar müğənni Röya qeyri-adi geyimilə tamaşaçıları şoka salmaq fikrindədir.

O, yerli telekanallardan birinə açıqlamasında bundan sonra tamaşaçılar önünə su pərisini xatırladan geyimlərdə daha tez-tez çıxacağını söyləyib:

"Bakıya məşhur modelyer Zuhair Muradın bir neçə paltarını gətirmişəm. Müğənni Beyons tez-tez bu modelyerin xidmətindən istifadə edir. Onun hazırladığı geyimlər müxtəlif daşlarla bəzədilir. Onları tez-tez geyinəcəyimi demirəm. Çünki paltarlar təxminən 10 kiloqram ağırlığındadır".

Röya hesab edir ki, bu geyimləri gördükdə bir çoxlarının "ürəyi gedəcək". İfaçı tanınmış şəxs olduğu üçün belə bahalı paltarlar geyinmək haqqına malik olduğunu da düşünür.

Qeyd edək ki, Zuhair Murad şərqin dəb şahzadəsi sayılır. Onun əl işlərinin qiyməti 15-100 min dollar arasında dəyişir.


Geri qayıt