Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GƏNCƏLİ MÜƏLLİM ACLIĞI DAYANDIRDI

GƏNCƏLİ MÜƏLLİM ACLIĞI DAYANDIRDI


2-04-2012, 13:28
GƏNCƏLİ MÜƏLLİM ACLIĞI DAYANDIRDI

ONUN AKSİYASI BİR NƏTİCƏ VERMƏDİ

Gəncə Dövlət Universitetinin sabiq müəllimi Fikrət Hacıyev aprelin 1-də aclığı dayandırıb. Fikrət Hacıyev aclıq aksiyasını fevralın 10-dan Göygöl rayonunda, öz evində keçirirdi. O, Gəncə Dövlət Universitetindən qanunsuz çıxarıldığını iddia edir, işə bərpa olunmasını tələb edirdi.

Aprelin 2-də “Media forum” saytına danışan Fikrət Hacıyev bildirib ki, aclığı həkimlərin müdaxiləsindən sonra dayandırıb: “Təzyiqim 70-in 50-yə düşmüşdü. Bu da həyat üçün çox təhlükəlidir. Hətta şüurumu itirmişdim. Artıq nə danışdığımı bilmirdim. Ailə üzvlərim və qohumlarım çox qorxmuşdular.

Aprelin 1-də həkimlərin müdaxiləsi məni həyata qaytardı. Məni təcili yardımla xəstəxanaya aparıb sistem qoşdular. Bundan sonra özümə gəldim. Artıq bu gündən yeməyə başlamışam. Həkimlər ağır yemək yeməməyi məsləhət bilir. Aksiyanı dayandırsam da, hüquqlarım uğrunda mübarizəni sona kimi davam etdirəcəm”.

Geri qayıt