Əsas Səhifə > Cəmiyyət > ARZU RƏHİMOVDAN YENİLİKLƏR

ARZU RƏHİMOVDAN YENİLİKLƏR


2-04-2012, 12:23
ARZU RƏHİMOVDAN YENİLİKLƏR

HƏRBİ ÇAĞIRIŞ SİSTEMİNDƏ YENİ QAYDALAR TƏTBİQ EDİLİR

Azərbaycanda vətəndaşların həqiqi hərbi xidmətə çağırışında bir sıra yeniliklərin tətbiqinə başlanıb.

APA-nın məlumatına görə, əvvəlki çağırışdan fərqli olaraq bu dəfə çağırışçıların və onların ailələrinin məlumatlandırılması sahəsində bir sıra işlər görülüb. Belə ki, çağırış başlamazdan 10 gün əvvəldən çağırışçılara hansı hərbi hissələrə və qoşun birləşmələrinə göndəriləcəkləri barədə məlumatlar verilib. Əvvəlki çağırışlar zamanı valideynlər övladlarının hansı hərbi hissəyə göndərilməsi barədə məlumatı onlar hərbi xidmətə göndərildikdən sonra, Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat və səfərbərlik İdarəsində yaradılmış «qaynar xətt»ə zəng edərək öyrənə bilirdilər.

Bundan başqa, çağırışçıların hərbi hissələrə yola salınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayonlardakı bölmələri nəqliyyat vasitələri ayırıb.

Qeyd edək ki, vətəndaşların həqiqi hərbi xidmətə çağırışı aprelin 1-də başlanıb və aprelin 30-dək davam edəcək.


Geri qayıt