Əsas Səhifə > Ölkə > AZƏRBAYCAN İSRAİLİN HAVA LİMANIDIR?

AZƏRBAYCAN İSRAİLİN HAVA LİMANIDIR?


29-03-2012, 15:13
AZƏRBAYCAN İSRAİLİN HAVA LİMANIDIR?

BU İDDİA ABŞ-DA SƏSƏLƏNİB

Amerikanın 4 diplomat və hərbi kəşfiyyat əməkdaşları deyirlər ki, İsrail İranın şimalında özünə aviabazaya giriş imkanı əldə edib.

Hansı məqsədlə? Cavab tam olaraq aydın deyil. «İsraillilər bir hava limanı satın alıblar», deyə yüksək çinli məmurlardan biri mənə fevralda bu barədə bildirib və əlavə edib ki, «hava limanı Azərbaycan adlanır».

Bu, Amerikanin «Foreign Policy» online dərgisindən bir hissədir. Yazı İranla-İsrail münasibətlərindəki gərginlik fonunda Azərbaycanın rolundan bəhs edir.

Məqalə müəllifli yazır ki, Azərbaycanın İsraillə hərbi əməkdaşlığı ancaq İranı qıcıqlandırmır. Bu yaxınlaşmadan Türkiyə və ABŞ da narahatdırlar.

«Biz İranın addımlarını yaxından izləyirik», ABŞ-ın xüsusi xidmətlərindəki mənbədən sitat gətirilir, - «lakin biz indi İsrailin Azərbaycandakı fəaliyyətini də izləyirik. Və deyim ki, biz bundan narahatıq».

Yazıda İranla-Azərbaycan münasibətlərindəki son aylar müşahidə olunan gərginlik təsvir edilir. Hər şey kifayət qədər ətraflı və dəqiqdir. Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatları, İranın notaları və s. Hətta hakim partiya üzvlərinin Azərbaycanın adının Şimali Azərbaycan adlandırılması təklifi qeyd olunur.

Qeyd edilir ki, Azərbaycan Müdafiə naziri Səfər Əbiyev İrana səfər edərək bəyanat verdi ki, Azərbaycan heç bir xarici ölkəyə İrana hücum üçün öz ərazisindən istifadə etməyə razılıq verməyəcək. Lakin yazı müəllifləri İsrail təyyarələrinin İranı bombalayaraq Azərbaycan ərazisində yerə enmələri ehtimallarından danışırlar. Bundan başqa, yazıda İsrailin Xüsusi axtarış dəstələrinin Azərbaycan ərazisində yerləşməsi imkanlarına toxunulur. Söhbət düşmən ərazisində vurulan təyyarəçiləri xilas etmək üçün vertolyotla onun ərazisinə çıxarılan desant dəstələrindən gedir.

İsrailin birbaşa Azərbaycan aerodromlarından istifadə imkanlarını inkar edən başqa Amerika diplomatı yazı müəllifinə izah edir: «Bunun (aerodromların birbaşa istifadəsi – AR) ciddi mövzu olmasına şübhə edirəm, lakin bir şey şübhə doğurmur ki, əgər İsrail qırıcıları hücumdan sonra Azərbaycanda yerə enmək istəsələr, onlara icazə veriləcək. İsrailin son 20 ildə Azərbaycanla dərin və oturuşmuş münasibətləri qurulub» – deyə təqaüdə çıxan diplomat bildirib.

“Azadlıq” Radiosu


Geri qayıt