Əsas Səhifə > Ölkə, Manşet > AĞDAMDA İCRA BAŞÇISI KONTURPULU YIĞIR
AĞDAMDA İCRA BAŞÇISI KONTURPULU YIĞIR29-03-2012, 13:34 |
NİZAMİ SADIQOVUN GƏLİR SAHƏLƏRİ HƏR KƏSİ HEYRƏTLƏNDİRƏ BİLƏR DİA.AZ: - Ağdamın icra başçısı Nizami Sadıqov rayonda pultoplama kampaniyasına start verib. Bu barədə məlumatı ərazilərinin böyük hissəsi erməni işğalı altında olan Ağdamdakı qaynaqlarımızdan əldə etmişik. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Nizami Sadıqov ilk olaraq Novruz Bayramı ərəfəsində pultoplama kampaniyasına start verib: «Bütün icra nümayəndələrinə rübün axırı olduğuna görə, əlavə olaraq 200 manat pul yazıb ki, sonradan həmin pullar yerli maliyyə idarəsindən çıxarılaraq başçının cibinə ötürülüb». Nizami Sadıqovun bununla da kifayətlənmədiyini bildirən mənbəmiz söyləyir ki, 28 mart tarixində «Qarabağ» və «Qəbələ» futbol komandalarının oyunu da icra başçısı üçün gəlir yerinə çevrilib: «Yerli məmurlar bu oyunun güdazına gedərək xərcə düşüblər. Belə ki, hər bir bələdiyyə sədrindən, icra nümayəndəsindən, orta məktəb direktorundan 50 manatdan, idarə və müssisə rəhbərlərindən isə 100 manatdan futbolpulu adı altında pul yığılıb. Həmin pullar da təbii ki, Nizami Sadıqova çatıb. Aradakı məmurlar bu pulun yalnız cüzi hissəsinə tamah sala bilərlər». Mənbəmiz bildirir ki, bu da son deyil və Ağdamın icra başçısı son günlər əməlli-başlı fısqırıq çıxarmaqla məşğuldur: «Məlumdur ki, tanınmış mərhum sənətçimiz Qədir Rüstəmovun oğlu ANS telekanalında yayımlanan «Toylar Kralı» müsabiqəsinə qatılıb. Bu da Nizami Sadıqovun əlində bəhanə olub ki, yerli məmurları talasın». Məlumatlara görə, Qədir Rüstəmovun oğluna sms göndərmək adı altında icra başçısı büdcə təşkilatlarında çalışanlardan 10-20 manat arası konturpulu toplamaqla məşğuldur ki, bu kampaniya günü bu gün də davam edir. Hər halda, bu faktlar da təsdiqləyir ki, əyalət məmurlarının pul qazana bilmələri üçün müxtəlif üsullara müruciət edərkən, əksəriyyəti heyrətləndirə bilmələri şübhəsizdir. Əməlli-başlı istedadlarımız var, sadəcə olaraq, xəbərimiz yox imiş… Geri qayıt |