Əsas Səhifə > Hadisə > “NARXOZ”DA TƏLƏBƏ QİYAMI

“NARXOZ”DA TƏLƏBƏ QİYAMI


29-03-2012, 13:22
“NARXOZ”DA TƏLƏBƏ QİYAMI

TƏLƏBƏLƏR İMTAHANLARI BOYKOT EDƏRƏK İU-NİN QARŞISINA TOPLAŞIB

Tələbələr semestr imtahanlarını boykot edərək ali məktəbin qarşısına toplaşıblar

İqtisad Unversitetinin bir neçə fakültəsinin tələbələri smestr imtahanlarını boykot edərək ali məktəbin qarşısına toplaşıblar. Bu barədə Modern.az-a ali məktəbin tələbələri bildiriblər. Kütləvi şəkildə imtahana girməyən tələbələr ədalətli imtahhan prosesi tələb edirlər.

“Unversitetin qarşında əməlli-başlı sıxlıq yaranıb. Vəziyyət gərgindir. Akt zalında prorektor əvvəlcə bizi razı salmağa çalışdı. Amma sonra təhdidə keçdi. Bir tələbəni zaldan qovdu. Onun tələbə biletini aldı. Qrupları ayrı-ayrı şəkildə kolikvuma salmaq istəyirlər”-deyə tələbələr saytımıza bildiriblər.

Hazırda tələbələri yenidən akt zalına yığmağa cəhd edirlər.

Əlavə məlumat veriləcək.


Geri qayıt