Əsas Səhifə > Dünya > BMT VƏ ABŞ-DAN BƏŞƏR ƏSƏDƏ ÇAĞIRIŞ

BMT VƏ ABŞ-DAN BƏŞƏR ƏSƏDƏ ÇAĞIRIŞ


29-03-2012, 12:50
BMT VƏ ABŞ-DAN BƏŞƏR ƏSƏDƏ ÇAĞIRIŞ

O, SÜLH PLANINI HƏYATA KEÇİRMƏLİDİR

Suriya ordusu BMT-nin baş katibi Pan Gi Munun çağırışını nəzərə almayaraq üsyançılara hücumları davam etdirir. "Assoşeytd Press"in verdiyi xəbərə görə, belə bir bəyanatla ABŞ Dövlət Departamentin nümayəndəsi Viktoriya Nuland çıxış edib.

Onun sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsəd ölkədə yaranan böhranın həlli üzrə sülh planının yerinə yetirilməsi istiqamətində heç bir addım atmır.

BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın planını dəstəkləyən Çin və Rusiya da Suriya müxalifətini müvafiq öhdəlikləri yerinə yetirməyə çağırıb.

Daha öncə Dəməşq ölkədəki böhranın həlli üzrə Kofi Annanın planını qəbul edib.


Geri qayıt