Əsas Səhifə > Dünya > RUSİYA METRO FACIƏSİNİ ANIR

RUSİYA METRO FACIƏSİNİ ANIR


29-03-2012, 12:27
RUSİYA METRO FACIƏSİNİ ANIR

2 İL KEÇSƏ DƏ, GÜNAHKARLAR HƏLƏ YAXALANMAYIB

Hadisəni törədən şəxslərin də həlak olduğu Moskva metrosunun “Lubyanka” və “Mədəniyyət parkı” stansiyalarında meydana gələn terror aktlarından 2 il keçsə də, hadisələrlə əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi üçün istintaq işləri davam etdirilir. SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prokurorluğu yanında İstintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.

Onun sözlərinə görə, geridə qalan 2 il ərzində müstəntiqlər tərəfindən 500-dən çox şahid dindirilib, həmçinin, partlayıcı-texniki, kimyəvi və texniki ekspertizalar da daxil olmaqla 326 müxtəlif məhkəmə ekspertizası həyata keçirilib. “Bundan başqa, 40 axtarış tədbiri həyata keçirilib. Cinayət işinin həcmi 110 tom təşkil edir. 168 nəfər zərərçəkmiş kimi tanınıb”, - İstintaq komitəsinin rəsmi nümayəndəsi deyib.

Xatırladaq ki, 2010-cu il martın 29-da “Lubyanka” və “Mədəniyyət parkı” stansiyalarında terrorçu-kamikadzelər tərəfindən törədilmiş terror aktı 40 nəfərin ölümü, daha 160 sərnişinin isə yaralanmasına səbəb olub.


Geri qayıt