Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN NEFTİNƏ ƏLAVƏ QAPI

AZƏRBAYCAN NEFTİNƏ ƏLAVƏ QAPI


29-03-2012, 11:46
AZƏRBAYCAN NEFTİNƏ ƏLAVƏ QAPI

NEFTİMİZİN İXRACI KRIM VASİTƏSİLƏ SATIŞA ÇIXA BİLƏR

Azərbaycan neftin Avropaya Krım vasitəsilə tranzitinin mümkünlüyünü nəzərdən keçirir və yarımadanın şərqində neft emalı zavodunun tikintisində maraqlıdır. Bu barədə Simferepolda mətbuat konfransında Krımın baş naziri Anatoli Mogilyov bildirib.

Neft-qaz xəbərləri agentliyinin məlumatına görə, Mogilyov deyib ki, 20 martda Moskvada keçirilən MDB üzvü ölkələrin iqtisadi forumu çərçivəsində Rusiya, Qazaxıstan və Azərbaycan təmsilçiləri ilə danışıqlar aparıb.

İlkin razılığa görə, aprelin ortalarında bu ölkələrin biznes dairələrinin nümayəndə heyəti muxtariyyətə gələcək. «Hardasa aprelin ikinci yarısında bu ölkələrin təmsilçiləri bizə gələcək, bizim nümayəndə heyətimiz bir daha Azərbaycana gedəcək», – deyə Mogilyov dəqiqləşdirib.

Onun sözlərinə görə, Bakı neftin Qara dənizlə Krımdan Avropaya nəqlində maraqlıdır. «Azərbaycan Gürcüstanın Qara dəniz sahilindəki terminalları ilə bizim limanlar arasında dəniz yolunu məqbul hesab edir, – deyə baş nazir izah edib. – Türkiyənin mövqeyi ilə bağlı iri gəmiləri Bosfordan keçirmək çox çətindir, bizdə isə Kerç limanına kimi qısa yol var və o, bu yolla tədarükdə maraqlıdır».

Azərbaycan Mərkəzi Bankı dəniz nəqliyyat xəttinin yaradılmasına vəsait qoymağa hazırdır.

Bundan başqa, Bakı Krımda neft emalı zavodunun tikintisində maraqlıdır. «Həmçinin belə fikir səsləndi ki, Krımın şərqində çöl rayonlarında neft emalı zavodu tikintisi mümkündür», – deyə Mogilyov bildirib.

Bundan başqa, Azərbaycan təmsilçiləri ilə birbaşa Bakı-Simferepol aviareysinin açılması və Azərbaycanın imtiyazlı kateqoriya vətəndaşlarının Krıma sanatoriya-kurort müalicəsinə göndərilməsi məsələsi müzakirə edilib.


Geri qayıt