Əsas Səhifə > Sosial, Manşet > “TEXNİBANK” ŞEFİ CANINI NECƏ QURTARIR?

“TEXNİBANK” ŞEFİ CANINI NECƏ QURTARIR?


29-03-2012, 11:27
“TEXNİBANK” ŞEFİ CANINI NECƏ QURTARIR?

AXCP SƏDRİ ƏLİ KƏRİMLİNİN QOHUMUNU ETİBAR ƏLİEYV “RASXODA” VERİB

DİA.AZ: - Dünən məlum oldu ki, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov saxlanıb. 41 yaşlı Elnur Seyidov Bakıda yaşayır, bank işçisidir. Məlumatlarda deyilir ki, Elnur Seyidovu Milli Təhlükəsizlik Nazirliyi saxlayıb. Onun nədə ittiham olunduğu hələlik bilinmir.

Onu da bildirək ki, vəkil Əsabəli Mustafayev jurnalistlərə açıqlamasında AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun saxlandığını təsdiqləyib.

Əsabəli Mustafayev deyib: “Bank işçisi olan Elnur Seyidovun hüquqlarını vəkil Fəxrəddin Mehdiyevlə mən müdafiə edirik. Elnur Seyidovu martın 27-si günorta saatlarında Bakıda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Martın 28-də Elnur Seyidovla görüşmək üçün MTN-ə getdik. Məni görüşə buraxmadılar. Ancaq Fəxrəddin Mehdiyev Elnur Seyidovla görüşüb”.

Əsabəli Mustafayev əlavə edib ki, Əli Kərimlinin qayını siyasətdən uzaq adamdır. MTN-in ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev isə bildirib ki, sözügedən məsələ ilə bağlı mərkəzə hər hansı məlumat daxil olmayıb.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, AXCP sədri Əli Kərimlinin qaynı «TexnikaBank» işi ilə bağlı saxlanılıb. Xatırladaq ki, Elnur Seyidov uzun müddət «TexnikaBank»ın Yasamal filialının rəhbəri olub və onun adının bir sıra «obnaliçka» məsələlərində hallandırıldığı da söylənilir. Yəni AXCP sədrinin qaynı çirkli pulların yuyulmasında ittiham olunur.

Apardığımız araşdırmalar nəticəsində isə onu da öyrənə bildik ki, əslində Əli Kərimlinin qohumu uzun müddət imiş ki, filialın rəhbərliyindən uzaqlaşdırılıb. Amma buna baxmayaraq, o, indi MTN-nin nəzərlərini cəlb edib ki, bu da təsadüfi deyil. Məlumatlı mənbənin sözlərinə görə, əslində Elnur Seyidovun həbsində birbaşa olaraq bir neçə gün əvvəl azadlığa buraxılmış bankın sabiq şefi Etibar Əliyevin müstəsna xidməti var. Mənbəmiz bildirir ki, azadlığa çıxarkən Etibar Əliyev bir neçə şəxsi «baqaja qoyub» ki, onların sırasında Seyidov da var.

Onu da xatırladaq ki, Etibar Əliyev hakimiyyətin rusiyameyilli qüvvələri tərəfindən dəstəklənir və onun azadlığa çıxmasında tanınmış iş adamı, Rusiyanın prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimli müstəsna rol oynayıb.

Araşdırmalarımız davam edir. Bizi izləyin...


Geri qayıt