Əsas Səhifə > Ölkə > MƏLEYKƏ ABBASZADƏ NAZİRƏ YENƏ İLİŞDİ
MƏLEYKƏ ABBASZADƏ NAZİRƏ YENƏ İLİŞDİ28-03-2012, 12:39 |
“AZƏRBAYCANDA 22 332 NƏFƏRİN SAXTA DİPLOMU VAR” Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda saxta diplomu olan şəxslərin sayını açıqlayıb. Modern.az saytı xəbər verir ki, Məleykə Abbaszadə 1992-2011-ci illər ərzində 22 min 332 nəfərin TQDK-nın "qara baza"sına düşdüyünü deyib. M.Abbaszadə deyib ki, həmin şəxslər imtahan verməsələr də, əllərində ali məktəblərin diplomları var. M.Abbaszadə onu da bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə TQDK tərəfindən hazırlanan "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan verən 1 milyon 978 min 226 nəfər haqqında məlumat var. Onlardan 615 min 582 nəfəri tələbə adını qazanıb. TQDK sədri hesab edir ki, bu ildən saxta diplomlarla bağlı faktlar olmayacaq. “Bu ildən etibarən yəqin ki, belə faktlar olmayacaq. Çünki hər il diplom alanda onların əmri bu bazaya daxil ediləcək”. Geri qayıt |