Əsas Səhifə > Hadisə > SABİRABADDA 3 KÖRPƏ DİRİ-DİRİ YANDI

SABİRABADDA 3 KÖRPƏ DİRİ-DİRİ YANDI


28-03-2012, 12:28
SABİRABADDA 3 KÖRPƏ DİRİ-DİRİ YANDI

YANĞIN NƏTİCƏSİNDƏ ƏLAVƏ 1 NƏFƏR DƏ ÖLÜB, 2 NƏFƏR XƏSARƏT ALIB

Azərbaycanda yaşayış evində yanğın olub, üçü azyaşlı uşaq olmaqla 4 nəfər yanıb, 2 nəfər xəsarət alıb.

Trend-in Daxili İşər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlimata görə, martın 28-də saat 04:15 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvələrinin yanmış meyitləri tapılıb.

Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıblar.

Geri qayıt