Əsas Səhifə > Cəmiyyət > "MUR AY"IN QURBANLARI YENİDƏN QURBANA ÇEVRİLİR
"MUR AY"IN QURBANLARI YENİDƏN QURBANA ÇEVRİLİR27-03-2012, 17:09 |
BU DƏFƏ ONLARI "ŞƏRURLU İSFƏNDİYAR" ALDADIR Saytımıza daxil olan məlumatlara əsasən tikinti biznesində böyük nifuz sahibi olan «Şərurlu İsfəndiyar» kimi tanınan İsfəndiyar Axundov vətəndaşları təhdid edir. Belə ki, bir qədər əvvəl «Mur Ay» tikinti şirkəti tərəfindən aldalılan yüzlərlə sakinə dəymiş ziyanın «Şərurlu İsfəndiyar»a məxsus «Şərur» MTK tərəfindən ödənilməsinə qərar verilmişdi. Məlumatlara görə, bu göstəriş dövlət başçısı tərəfindən verilibmiş. «Mur Ay» tərəfindən aldalılan vətəndaşlar ödədikləri pulun müqabilində «Şərur» MTK-dan mənzil almalı idilər. Ziyanı ödəmək məqsədilə «Şərur» MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi də ayrılmışdı. «Mur Ay» ın aldalılmış qurbanları ödədikləri pulun müqabilində mənzillə təmin edilməli idilər. Lakin uzun müddət keçməsinə baxmayaraq vətəndaşlar hələ də mənzillə təmin edilməyiblər. Onların mənzillə təmin edilməmələri bir yana, nəzərdə tutulmuş mənzillərin tikintisi də yetərincə həyata keçirilməyib. Məlumatlara əsasən vətəndaşlar aylardır ki, nəzərdə tutulmuş tikinti işlərinin aparılmamasını görüb pullarını geri istəmək məcburiyyətində qalıblar. Elə şikayətlər də məhz bununla bağlı ortaya çıxıb. «Mur Ay» tərəfindən aldadılmış sakinlərdən biri deyir ki, onlar pullarını geri istəyəndə «Şərur» MTK-nın sahibi İsfəndiyar Axundov onlara rəsmi sənədlərdə ödədikləri pulun yarısını verir. Konkret olaraq «gundeminfo»ya müraciət edən sakin deyir ki, o mənzil almaq üçün «Mur Ay»a 15 min manat pul ödəyib. Bununla bağlı olaraq əlində konkret sənədlərin olmasına baxmayaraq İ.Axundov şəxsən pulun geri istəyən vətəndaşları qəbul edib və ona da 6500 manat pul verib. Amma vətəndaşlar aldıqları pula yox, «Mur Ay» a ödədikləri pula imza atırlar. Şikayətlə bağlı İsfəndiyar Axundovun mövqeyini öyrənə bilmədik. /gundeminfo.az/ Geri qayıt |