Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İNSAN ALVERİNƏ DAİR NÖVBƏTİ SEMİNAR

İNSAN ALVERİNƏ DAİR NÖVBƏTİ SEMİNAR


27-03-2012, 16:42
İNSAN ALVERİNƏ DAİR NÖVBƏTİ SEMİNAR

DİN-QHT ƏMƏKDAŞLIĞI DAVAM EDİR

27 mart 2012 ci il tarixdə, İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planın “ İnsan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması” 11-ci bəndinə uyğun olaraq, Təhsil Nazirliyinin Bakı 4 saylı peşə məktəbinin tələbə və müəllim heytəti uçün seminar keçirilmişdir.

Seminarı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdrasəinin əməkdaşı, Fuad Əliyev və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehirban Zeynalova aparmışdır .

Seminarda, İnsan alveri problemi, onun növləri, təyinat ölkələri, insan alverinə təsir edən amillər, insan alverinin yaratdığı fəsadlar və insan alverindən müdafiə mexanizmləri barədə müzakirəlrə aparılmışdı.

Müzakirələr zamanı, Azərbaycanda İnsan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri qurbanları üçün xidmət mərkəzləri, İnsan alveri qurbanları üçün Qaynar xətt xidmət ilə bağlı geniş məlumat verilmişdir.

4 saylı peşə məktəbinin direktoru bu tədbirin davamlı olmasının insan alveri ilə mübarizə mövzusunda məlumatlandırma kampaniyasının davamı kimi vacib olduğunu, tələbə və müəllim kollektivinin bu kimi seminarlarda maraqlı olduğunu bildirdi.
Qeyd edək ki, seminarlar təhsil müəssisələrində davamlı şəkildə keçiriləcək.


Geri qayıt