Əsas Səhifə > Cəmiyyət > “ŞENGEN” VİZASINI SATAN QADIN YAXALANIB
“ŞENGEN” VİZASINI SATAN QADIN YAXALANIB27-03-2012, 16:21 |
KMİ SAXTA SƏNƏDLƏRİN HAZIRLANDIĞINI DA İFŞA EDİB Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olan müəssisənin əməkdaşının qanunsuz əməlləri ifşa edilib. Bu barədə APA-ya baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, “Qlobal” Məhdud Məsuliyyətli Müəssisənin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynurə Quliyevanın qanunsuz hərəkətləri barədə Bakı şəhər sakini Elnarə İsmayılovanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, Aynurə Quliyeva Elnarə İsmayılovaya “Şengen” vizasının əldə edilməsi üçün 2.200 manat tələb olunduğunu bildirərək, həmin pulun 1.800 manatını sonuncudan almaqla onun adına iş yeri və bankda hesabın olması barədə saxta arayışlar tərtib edib, həmin sənədləri ölkəmizdə fəaliyyət göstərən xarici dövlətin səfirliyinə təqdim edib. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. Geri qayıt |