Əsas Səhifə > Cəmiyyət > İMAM HÜSEYN MƏSCİDİ SÖKÜLMƏYƏCƏK

İMAM HÜSEYN MƏSCİDİ SÖKÜLMƏYƏCƏK


27-03-2012, 16:10
İMAM HÜSEYN MƏSCİDİ SÖKÜLMƏYƏCƏK

DİNİ KOMİTƏDƏN AÇIQLAMA GƏLDİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonu ərazisindəki "İmam Hüseyn" məscidinin sökülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Komitənin mətbuat katibi Saleh Aslanov Trend-in sualına cavab olaraq bildirib ki, komitədə məscidin sökülməsi ilə bağlı hər hansı məlumat yoxdur.

"Məsciddə fəaliyyət göstərən dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib və məscid tarixi abidə kimi qorunmaqdadır", - mətbuat katibi deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl yayılan məlumatların birində hakimiyyətin yerli dindarları narazı sala biləcək daha bir addımı atmağa hazırlaşdığı deyilirdi. Qedy olunurdu ki, «Avroviziya-2012» mahnı müsabiqəsinin ardından keçmiş «Sovetski» küçəsindəki evlərin əksəriyyətinin sökülməsi ilə bağlı plan hazırlanıb: «Artıq plan hazırdır və Nazirlər Kabinetində müvafiq müzakirələrdən və prosedurdan sonra söküntü işlərinə start veriləcək. Demək olar ki, planda bütün köhnə evlərin sökülməsi nəzərdə tutulub».

Məlumatda həmçinin bildirilirdi ki, plana düşən tikililər arasında keçmiş deputat Hacı Əbdülün imamlıq etdiyi qədim İmam Hüseyn məscidi də var. Təbii ki, məscidin yenidən bərpası planı da mövcuddur, amma əsas niyyətlər məscidin sökülməsi ilə bağlıdır.

Məlumatlarda o da bildirilirdi ki, keçmiş «Sovetski» küçəsinin yenidən inşa edilməsinə dövlət daha çox özəl şirkətləri cəlb etməyi dşünür. Bu isə yeni bir narazılar ordusunun yaranacağı deməkdir. Çünki bu vaxta qədər özəl şirkətlərlə evləri plana düşən mülkiyyətçilər arasında xeyli sayda mübahisələr yaranıb ki, onların əksəriyyəti günü bu gün də həllini tapmayıb.


Geri qayıt