Əsas Səhifə > Cəmiyyət > FİKRƏT HACIYEVİN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR

FİKRƏT HACIYEVİN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR


27-03-2012, 13:54
FİKRƏT HACIYEVİN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR

“GÜCÜM TÜKƏNMƏK ÜZRƏDİR”

Gəncə Dövlət Universitetinin sabiq müəllimi Fikrət Hacıyev fevralın 10-da Göygöl rayonunda, öz evində başladığı aclıq aksiyasını bayram günlərində də davam etdirib.

Martın 27-də “Media forum” saytına açıqlamasında Fikrət Hacıyev deyib ki, vəziyyəti çox ağırdır: “Hakimiyyət dairələri fikirləşirdilər ki, istirahət günlərində aclığı davam etdirməyə gücüm çatmayacaq. Amma çətinliklə də olsa, dözə bildim. Martın 26-da səhhətim daha da pisləşdi. Üstümə həkim çağırdılar. Həkim sistem qoşulmasını vacib olduğunu dedi. Lakin mən buna etiraz etdim. Gücüm tükənmək üzrədir. Nəfəs alanda belə çətinlik çəkirəm. Buna baxmayaraq aksiyanı sona kimi davam etdirəcəm”.

Fikrət Hacıyev məhbus fəal Bəxtiyar Hacıyevin əmisi oğludur. O, Gəncə Dövlət Universitetindən qanunsuz çıxarıldığını iddia edir, işə bərpa olunmasını istəyir. Fikrət Hacıyev Gəncənin Nizami Rayon Məhkəməsinə şikayət etsə də, Gəncə Dövlət Universitetinə qarşı iddiası təmin olunmayıb.


Geri qayıt