Əsas Səhifə > Güney Press, Araşdırma > GÖMRÜKDƏ KÖHNƏ AVTOMOBİL TIXACI

GÖMRÜKDƏ KÖHNƏ AVTOMOBİL TIXACI


27-03-2012, 13:15
GÖMRÜKDƏ KÖHNƏ AVTOMOBİL TIXACI

İŞLƏNMİŞ MAŞINLARIN İDXALI SÜRƏTLƏ ARTIR

2012-ci ilin iki ayında Azərbaycana 4600 işlənmiş avtomobil gətirilib. Bu, 2011-ci ilin eyni dövründəkindən 48% çoxdur.

Dövlət Gömrük Komitəsində Turan-a deyiblər ki, idxal edilən minik avtomobillərinin ümumi bəyannamə qiyməti $34,8 mln olub. Yəni bir avtomobil $7577-a bəyan edilib. Bir il öncə işlənmiş minik avtomobillərinin orta bəyannamə qiyməti $8115 olub.

İşlənmiş avtomobillər əsasən Gürcütandan gətirilir. Ötən ildən Azərbaycanda idxal edilən minik avtomobillərinin gömrük rəsmiləşməsi və dövlət qeydiyyatı sadələşdirilmiş sistemlə həyata keçirilir.

İşlənmiş avtomobillərin idxalının artımı göstərir ki, sadələşdirilmiş sistemi ticarətçilər adekvat qarşılayıb. Bundan başqa, bu, o deməkdir ki, avtomobil bazarında bu seqmentin rolu artır.

İdxal edilən avtomobillərin çoxu Almaniya istehsalıdır. Məsələn, mersedes və BMW daha davamlıdır və onlara texniki xidmət baha deyil.


Geri qayıt