Əsas Səhifə > Cəmiyyət > DÜNYADA BÖYÜK BAHALAŞMA OLACAQ

DÜNYADA BÖYÜK BAHALAŞMA OLACAQ


26-03-2012, 14:28
DÜNYADA BÖYÜK BAHALAŞMA OLACAQ

İRANA QARŞI SANKSİYALAR QEYRİ-NEFT SEKTORUNA DA TƏSİR EDƏCƏK

İrana qarşı sanksiyalar və ərəb ölkələrində baş verən hadisələr başa çatmasa, dünya bazarında neftin qiyməti aşağı düşməyəcək. Bunu SalamNews-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, İran dünyanın iri neft ixrac edən ölkələrindən biridir. ABŞ-ın və Avropa İttifaqının İranın neft idxalına dair qoyduğu sanksiyalar dünya bazarında nəinki neftin, o cümlədən ərzaq və qeyri ərzaq mallarının qiymətinin bahalşmasına gətirib çıxaracaq.

O deyib: “Neft dünyada bütün növ məhsulların istehsalının əsasını təşkil edir. Həmçinin planetin ən böyük neft idxal edən Hindistan, Çin, Yaponiya dünyada qeyri-neft məhsulları ixrac edən ölkələrdir. Əgər dünyada neftin qiymətində bahalaşma gedərsə, bu, dünya ölkələrində qiymət bahalaşması yaradacaq. Amma hazırda beynəlxalq aləmdə gedən siyasi prosesslər nəticəsində neftin qiyməti müəyyən qədər qalxacaq. Bu artım o vaxta qədər davam edəcək ki, İranla bağlı məsələlər həllini tapsın, ərəb ölkələrində baş verən hadisələr sona çatsın. Hesab edirəm ki, bundan sonra dünya bazarında neftin qiyməti xeyli aşağı düşəcək".

Geri qayıt