Əsas Səhifə > Siyasət, Manşet > QUBADA 37-Cİ İL KABUSU DOLAŞIR

QUBADA 37-Cİ İL KABUSU DOLAŞIR


26-03-2012, 13:09
QUBADA 37-Cİ İL KABUSU DOLAŞIR

HƏBS OLUNMUŞ BƏLƏDİYYƏ SƏDRİNİN EVİNİN QAPISI MÖHÜRLƏNİB

Martın 25-də Quba bələdiyyəsinin üzvü Dəstəbəy Tərlanov azad buraxılıb. Bu barədə yerli mənbələrdən Turana bəlli olub.

Bununla yanaşı, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyev hələ də saxlanılır. İstintaq orqanı Elxan Əliyevin yaşadığı evin və iş otağının qapılarını möhürləyib. İş sənədlərini araşdırılmaq üçün götürülüb.

Mənbənin sözlərinə görə, hazırda Elxan Əliyevin ailə üzvləri belə yaşadığı evlərinə buraxılmır. “Onlar qohumlarının evində qalır”, - deyə mənbə qeyd edib

Quba hadisələri ilə bağlı həbsdə 8 adam qalıb. Bunlar Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov, Murad Zakirov, “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevdir.


Geri qayıt