Əsas Səhifə > Ölkə > KƏMALƏDDİN HEYDƏROVA MÜRACİƏT ÜNVANLANDI

KƏMALƏDDİN HEYDƏROVA MÜRACİƏT ÜNVANLANDI


26-03-2012, 12:18
KƏMALƏDDİN HEYDƏROVA MÜRACİƏT ÜNVANLANDI

“KÜR” CƏMİYYƏTİ ORTAQ FƏALİYYƏT TƏLƏB EDİR

DİA.AZ: - 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının təsirinə məruz qalan evlərin tikintisi, təmir və bərpa olunması, zərərçəkənlərə kompensasiyaların verilməsi, infrastrukturun yenidən qurulması ilə yanaşı bu yöndə olan şikayətlərin araşdırılması, idarə olunması və müraciət müəlliflərinin evlərinə, təsərrüfatlarına Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları tərəfindən vizual baxış keçirilməsi prosesi də davam edir.

Bu ilin mart ayının ortalarından FHN- nin müvafiq komissiyası yerlərdə yenidən evlərin texniki vəziyyətinə baxış keçirməyə başlayıb. DİA.AZ-a daxil olan məlumata görə, komissiyanın işində vətəndaş cəmiyyəti institutlarının iştirak etməsinə şərait yaradılması ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. Müraciətdə deyilir; “Dövlət əhəmiyyətli qərarların qəbul edilməsində iştimai iştirakçılığın təmin olunması demokratik cəmiyyətin əsas atributlarından biridir. FHN- ə ünvanlanan şikayətlərin araşdırılması, idarə olunması və müraciət müəlliflərinin evinə nazirliyin komissiyaları tərəfindən baxış keçirilməsi prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı iştimai iştirakçılığı təmin edən məqamlardan biridir. Bir neçə gündür ki, FHN- nin komissiyası tərəfindən şikayət müəlliflərinin evinə baxış keçirilir. Qeyd edək ki, evlərinə baxış keçirilən vətəndaşların bir qisminin adı da nazirliyə məhz “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən təqdim olunub. Əlbəttə biz nazirliyin müraciət müəlliflərinin evinə yenidən baxış keçirilməsini təqdir edirik və inanmaq istərdik ki, evlərə obyektiv baxış həyata keçiriləcək. Amma bu prosesin daha şəffaf və obyektiv həyata keçirilməsi, şikayətlərin minumuma endirilməsi, qəbul olunan qərarların bütün tərəflər üçün sonradan tanınması və s. üçün FHN- nin komissiyalarında vətəndaş cəmiyyəti institutlarının iştirakını zəruri hesab edirik. FHN- ə ünvanlanan müraciətlərin, şikayətlərin araşdırılması, idarə olunması və fəlakət bölgəsində evlərə, təsərrüfatlara baxış keçirilməsi prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı həm ümumilikdə bu prosesin təkmil, şəffaf, ədalətli, hərtərəfli həyata keçirilməsinə, həm də nazirliklə 3- cü sektor arasında əməkdaşlığın inkişaf etməsinə təkan verə bilər. Bu proses eyni zamanda iştimai iştirakçılığı artırmaqla yanaşı bu sahədə müəyyən təcrübə toplamış mərkəzi və yerli QHT- lərin, o cümlədən icma üzvlərinin bilik və bacarıqlarının artmasına da köməklik edə bilər. Ümid edirik ki, təklifimizin nəzərə alıb reallaşması üçün müvafiq addımlar atacaqsınız.”


Geri qayıt