Əsas Səhifə > Şou-biznes > MEYXANAÇI İLƏ MÜĞƏNNİ BARIŞDI

MEYXANAÇI İLƏ MÜĞƏNNİ BARIŞDI


24-03-2012, 12:07
MEYXANAÇI İLƏ MÜĞƏNNİ BARIŞDI

AYGÜNLƏ NAMİQİN YENİ DUETİ OLA BİLƏR

Xalq artisti Aygün Kazımova və meyxana ustası Namiq Qaraçuxurlu yerli telekanalların birinin efirində barışıblar. Day.Az-a bildirir ki, onlar Novruz bayramı münasibətilə bir-birlərini təbrik ediblər.

"Həmişə səmimi qəlbdən barışmaq lazımdır ki, sonra yeni müharibə çıxmasın, - deyə Qaraçuxurlu bildirib. - Bəlkə yenidən təzə bir duet yazdırdıq. Bunun üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq, hələ Aygün xanımın Türkiyədə işləri çoxdur".

Kazımova isə deyib ki, heç vaxt Namiqlə dalaşmayıb.

"Mənim üçün hər şey səmimidir, kamera qarşısında necə oynamaq olar? Həmkarlara həmişə yalandan gülümsünmək olar, amma nə vaxtsa müəyyən hisslər duyduğum insana qarşı mən belə edə bilmərəm", - deyə xalq artisti bildirib.

Geri qayıt