Əsas Səhifə > Şou-biznes > "Kaş məni təkrarlayanlar bunu danmasın"
"Kaş məni təkrarlayanlar bunu danmasın"24-05-2014, 11:08 |
Xalq artisti Brilliant Dadaşova tanınmış balaban ustası Əlixan Səmədovla birgə Türkiyədə böyük layihəyə imza atıb. Axşam.az-ın məlumatına görə, sənətçi, qardaş ölkənin Mədəniyyət nazirliyi və Ferit Ginöl Mədəniyyət və Sənət mərkəzinin təşkilatçılığı ilə hazırlanmış "Səs ver Gazientep" layihəsində iştirak edib. Türkiyənin ən məşhur türküçüləri ilə bərabər azərbaycanlı müğənni da layihə üçün səsini yazdırıb, videoçəkilişlərdə iştirak edib. B.Dadaşovanın sözlərinə görə, ifası çox bəyənildiyindən onun digərləri kimi bir yox, üç mahnısı lentə alınıb: "İlk mahnımı oxuyandan sonra hərkəs mənə “hocam” deyə müraciət edirdi. Onlar elə ilk musiqidən sonra “sizdən çox şey öyrənmək olar” deyə nazımı çəkməyə başladılar. Türk qardaşlarımızın sənətə bele qiymət verməkləri məni çox sevindirdi. Kaş Azərbaycanda da məni təkrarlayıb, məndən öyrənənlər bunu danmasa". Brilliant Dadaşova layihə çərçivəsində "Bahçalarda mor meni", "Lingo lingo şişeler" və "Helvacı helva" adlı Antep türkülərini ifa edib. Qeyd edək ki, layihə ilk dəfə olaraq 3D formatında hazırlanıb və xalq artistinin çəkilişləri məhşur Zeugma mozaik muzeyində gerçəkləşib. "Səs Ver Gaziantep" layihəsinin rəhbəri Ferit Ginol, Mədəniyyət və Sənət Mərkəzinin rəhbəri Rauf Akıncı layihənin Türkiyədə ve dünyada çok səs salacağını söyləyərək, ona dəstək olan B.Dadaşovaya təşəkkürünü bildirib. Geri qayıt |