Əsas Səhifə > Dünya > MÜBARƏKİ DEVİRDİLƏR, İNDİ NƏ İSTƏYİRLƏR?..

MÜBARƏKİ DEVİRDİLƏR, İNDİ NƏ İSTƏYİRLƏR?..


24-03-2012, 11:57
MÜBARƏKİ DEVİRDİLƏR, İNDİ NƏ İSTƏYİRLƏR?..

MİSİRDƏ VƏZİYYƏT YENİDƏN QARIŞIB

Fanatlar Misir Futbol Assosiasiyasının kluba qarşı tətbiq etdiyi cəzalardan narazılıqlarını ifadə ediblər.

Qarşıdurmada 1 nəfər çiynindən aldığı güllədən ölüb, 18 nəfər yaralanıb. Yaralılardan 2-nə güllə dəyib.

Qeyd edək ki, federasiya “Əl-Məsri”ni 2 il müddətinə diskvalifikasiya edib. Klub Misir çempionatındakı yaxın 4 ev oyununu azarkeşsiz keçirəcək. Portuqaliyalı baş məşqçi Joze Manuel isə 4 oyun cəza və 5 min funt cəriməyə məruz qalıb. Belə sərt tədbirlər fevralın 1-də Port-Səiddə “Əl-Məsri” ilə “Əl-Əhli” arasında keçirilmiş oyundan sonra baş verən toqquşma nəticəsində 70-dən çox insanın ölümü, yüzlərlə fanatın yaralanması ilə əlaqədar görülüb.


Geri qayıt