Əsas Səhifə > Sosial, Manşet > DAHA BİR MƏSCİD PLANA DÜŞDÜ

DAHA BİR MƏSCİD PLANA DÜŞDÜ


24-03-2012, 11:52
DAHA BİR MƏSCİD PLANA DÜŞDÜ

HACI ƏBDÜLÜN İMAMI OLDUĞU MƏSCİDİ YAY AYLARINDA SÖKƏCƏKLƏR

DİA.AZ: - Hakimiyyət yerli dindarları narazı sala biləcək daha bir addımı atmağa hazırlaşır. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, «Avroviziya-2012» mahnı müsabiqəsinin ardından keçmiş «Sovetski» küçəsindəki evlərin əksəriyyətinin sökülməsi ilə bağlı plan hazırlanıb.

Mənbənin DİA.AZ-a söylədikləri: «Artıq plan hazırdır və Nazirlər Kabinetində müvafiq müzakirələrdən və prosedurdan sonra söküntü işlərinə start veriləcək. Demək olar ki, planda bütün köhnə evlərin sökülməsi nəzərdə tutulub».

Mənbəmiz bildirir ki, plana düşən tikililər arasında keçmiş deputat Hacı Əbdülün imamlıq etdiyi qədim İmam Hüseyn məscidi də var. Təbii ki, məscidin yenidən bərpası planı da mövcuddur, amma əsas niyyətlər məscidin sökülməsi ilə bağlıdır.

Məlumatlarda o da bildirilir ki, keçmiş «Sovetski» küçəsinin yenidən inşa edilməsinə dövlət daha çox özəl şirkətləri cəlb etməyi dşünür. Bu isə yeni bir narazılar ordusunun yaranacağı deməkdir. Çünki bu vaxta qədər özəl şirkətlərlə evləri plana düşən mülkiyyətçilər arasında xeyli sayda mübahisələr yaranıb ki, onların əksəriyyəti günü bu gün də həllini tapmayıb.


Geri qayıt