Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PƏRVİZ HƏŞİMLİ YOL QƏZASINA DÜŞDÜ

PƏRVİZ HƏŞİMLİ YOL QƏZASINA DÜŞDÜ


24-03-2012, 11:28
PƏRVİZ HƏŞİMLİ YOL QƏZASINA DÜŞDÜ

JURNALİSTƏ DƏYƏN ZƏRƏRİ ÖDƏMİRLƏR

Modern.az saytı xəbər verir ki, “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli iki gün öncə yol qəzasına düşüb

Hadisə Goranboy rayonunda baş verib. Bakı-Gəncə istiqamətində hərəkət edən Pərviz Həşimlinin idarə etdiyi avtomobilin qarşısına Goran ərazisində "Nissan X-trail" markalı maşın çıxıb.

Pərviz Həşimli deyib ki, həmin maşın qoşa xətti keçərək qəflətən onun yoluna çıxıb. Nəticədə jurnalistin idarə etdiyi maşın "Nissan"a çırpılıb.

P. Həşimli qəza nəticəsində ağır bədən xəsarəti alıb.

Saytımıza açıqlamasında jurnalist onu da bildirib ki, Yol Hərəkəti Qaydalarını kobud şəkildə pozan "Nissan" sahibi ona dəyən ziyanı ödəməkdən imtina edib.

Yol polisi jurnalsitin maşınına dəyən ziyanı 1500 manat civarında rəsmiləşdirib.


Geri qayıt