Əsas Səhifə > Hadisə > GÜRCÜSTANDAN GƏLƏN QATARIMIZ RELSDƏN ÇIXDI

GÜRCÜSTANDAN GƏLƏN QATARIMIZ RELSDƏN ÇIXDI


24-03-2012, 11:18
GÜRCÜSTANDAN GƏLƏN QATARIMIZ RELSDƏN ÇIXDI

BAKIYA GƏLƏN İSTİQAMƏTDƏ PROBLEM YARANIB

“Azərbaycan Dəmir Yolları” QSC-nin Kürəkçay-Goran mənzilinin 216-cı kilometrində Gürcüstandan Səngəçala gələn yük qatarının 3 ədəd boş vaqonu relsdən çıxıb.

Bu barədə APA-ya Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, martın 23-də saat 21.40-da baş verən hadisə nəticəsində sərnişin və yük qatarının hərəkətində qismən fasilələr yaranıb. N. Əzməmmədov deyib ki, saat 05.30-da Bakıdan gedən qatarların hərəkəti bərpa olunub: “Hazırda qatarların hərəkəti bir yolla tənzimlənir, Bakıya gələn istiqamətdə ikinci yolun bərpası davam etdirilir”.

N. Əzməmmədov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi mütəxəssislər tərəfindən araşdırılır.


Geri qayıt