Əsas Səhifə > Partiya > DİNDAR MƏHBUSA ƏLAVƏ İŞ KƏSİLİR

DİNDAR MƏHBUSA ƏLAVƏ İŞ KƏSİLİR


23-03-2012, 17:07
DİNDAR MƏHBUSA ƏLAVƏ İŞ KƏSİLİR

“İSTİNTAQ MÜDDƏTİ YENİDƏN ARTIRILA BİLƏR”

Həbsdə olan ruhani Hacı Abgül Süleymanovun istintaq müddəti yenidən artırıla bilər. Bu barədə SalamNews-a vəkil Anar Qasımlı məlumat verib.

O qeyd edib ki, aprelin 11-də Hacı Abgül Süleymanovun istintaq müddəti bitir. "Bu müttəd ərzində istintaqın yekunlaşacağına inanmıram. Odur ki, istintaq müddəti yenidən artırıla bilər", - Anar Qasımlı deyib.

Xatırladaq ki, ruhani Hacı Abgül Süleymanov 2011-ci il avqust ayının 11-də Lahıcda qaynatasının evində olarkən Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.


Geri qayıt