Əsas Səhifə > Dünya > SURİYANIN BİRİNCİ LEDİSİ PULLARINDAN OLDU

SURİYANIN BİRİNCİ LEDİSİ PULLARINDAN OLDU


23-03-2012, 17:03
SURİYANIN BİRİNCİ LEDİSİ PULLARINDAN OLDU

ƏSƏDİN XANIMININ BANK HESABLARI DONDURULDU

Suriya prezidenti Bashar al-Assadın xanımı Asmanın Avropa Birliyinə gəlişi qadağan olunur və onun Avropadakı hesabları dondurulur.

Avropa Birliyinin xarici işlər nazirlərinin Suriya, İran və Belarusa qarşı yeni sanksiyalarında belə deyilir.

Avropa Birliyi nazirlərinin qərarına görə, Asma al-Assaddan başqa 10 Suriya rəsmisinin də hesabları dondurulur və onlar Avropa Birliyinə gələ bilməyəcəklər.

Yeni sanksiyalara səbəb Suriya rejiminin öz opponentləri ilə zorakı davranmasıdır.

Britaniyada anadan olan Asma əl-Assad son vaxtlar kəskin tənqid hədəfinə çevrilib. Buna səbəb isə Suriya fəallarının Bashar və Asma al-Assadların şəxsi e-malillərini çap etmələridir.

Bu e-maillərə görə, Suriyada qanlı qarşıdurma qızışdığı vaxt Asma al-Assad internetlə lüks mallar almaqda davam edir.

Avropa Birliyinin Suriyaya qarşı indiyə kimi olan sanksiyaları 150 Suriya şirkətini və rəsmisini əhatə edirdi.

Avropa Birliyi martın 23-də Belarus sanksiyalarında olan 230 rəsmiyə isə daha 12 adamı və 29 şirkəti əlavə edib.
Onların Avropa Birliyinə gəlişi qadağan olunur və hesabları dondurulur.

Avropa Birliyi İran sanksiyalarında olan 61 nəfərə də daha 17 nəfəri əlavə edib.
Onların da hesabları dondurulur və Avropa Birliyinə gəlməyə viza verilməyəcək.


Geri qayıt