Əsas Səhifə > Hadisə, Manşet > QUBA ÜSYANINDA JURNALİST ƏSAS TƏŞKİLATÇIDIR?

QUBA ÜSYANINDA JURNALİST ƏSAS TƏŞKİLATÇIDIR?


23-03-2012, 16:40
QUBA ÜSYANINDA JURNALİST ƏSAS TƏŞKİLATÇIDIR?

XƏYAL TELEVİZİYASININ REKLAM ÜZRƏ MENECERİ HƏBSDƏN BURAXILDI

Bu gün Quba hadisələri ilə bağlı saxlanmış “Xəyal” televiziyasının reklam üzrə meneceri Zaur Mustafayev azadlığa buraxılıb. Zaur Mustafayev “Turan”ın müxbibi ilə telefon söhbətində buraxıldığını təsdiq etsə də başqa suallara cavab verməyib.

“Xahiş edirəm mənə sual vermməyin və mən heç nə bilmirəm”, - deməklə o kifayətlənib.

Beləliklə, hazırda iki jurnalist həbsdə qalıb. Bunlar “Xəyal” televiziyasının baş direktoru Zaur Quliyev və həmin televiziyasının icraçı direktoru Vüqar Qonaqovdur.

Qeyd edək ki, son günlər ərzində Quba hadisələri ilə bağlı 6 jurnalist saxlanmışdı. Onların 4-ü azadlığa buraxılıb.

“Xəyal” televiziyasının baş direktor Zaur Quliyevə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində iki ay həbs-qətimkan tədbiri seçilib.


Geri qayıt