Əsas Səhifə > Partiya > MÜXALİFƏT 8 APREL MİTİNQİNƏ HAZIRLAŞIR

MÜXALİFƏT 8 APREL MİTİNQİNƏ HAZIRLAŞIR


23-03-2012, 16:32
MÜXALİFƏT 8 APREL MİTİNQİNƏ HAZIRLAŞIR

MERİYAYA 3 YER TƏKLİ EDİLƏCƏK

İctimai Palata Demokratiya uğrunda Vətəndaş Hərəkatı Bakı şəhər İcra Hakimiyyətinə aprelin 8-də demokratik islahatlar tələbi ilə mitinq keçirilməsi üçün üç yer təklif etmək niyyətindədir.

İP “Nərimanov” və “Təbriz” kinoteatrlarından birinin qarşısında, habelə “20-ci sahə” qəsəbəsində yerləşən sürücülük məktəbinin qarşısında aksiya keçirməyi planlaşdırır. Meriyaya rəsmi bildiriş yaxın günlərdə göndəriləcək.

Aksiyanın demokratik islahatlar keçirilməsi, siyasi məhbusların azad edilməsi, sərbəst toplaşmaq azadlığının və insan hüquqlarının təmin edilməsi tələbi ilə keçirilməsi nəzərdə tutulur.


Geri qayıt