Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QUBADA HƏBS OLUNANLAR HARDA SAXLANILIR?

QUBADA HƏBS OLUNANLAR HARDA SAXLANILIR?


23-03-2012, 14:09
QUBADA HƏBS OLUNANLAR HARDA SAXLANILIR?

NƏDƏN BU MƏLUMATLAR GİZLİ TUTULUR?

Vüqar Qonaqovun harada saxlanması haqda yaxınlarının məlumatı yoxdur. Bu haqda onun ailə üzvləri AzadlıqRadiosuna deyib.

Vüqar Qonaqov Qubanın «Xəyal» televiziyasının icraçı direktorudur. Quba hadisələrindən az sonra o və televiziyanın daha 2 işçisi saxlanıb.

Saxlananlardan biri də «Xəyal» TV -nin baş redaktoru Zaur Quliyevdir.

Ona Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (vəzifə səlahiyyətlərini aşmaq) maddələri ilə cinayət işi açılıb.

Bunu Zaur Quliyevin vəkili Səfər Hüseynov AzadlıqRadiosuna deyib.

«Zaur isə deyir ki, mən iğtişaşlarda iştirak etməmişəm, reportyor göndərmişik, çəkib gətirib. Onu da deyir ki, direktor nə deyib onu etmişik».

Vəkilin sözlərinə görə, istintaq Qubanın sabiq icra başçısı Rauf Həbibovun rayonda narazılığa və onun istefasına səbəb olan çıxışının montajı ilə maraqlanır.

«Bilirsiz necədir, dediklərinə görə, icra başçısının dedikləri nitqdə var, amma bir o qədər nəzərə çarpmır. Amma onu montaj edib, söyüşləri ardıcıl veriblər, bununla da fikirlər qabarır. Sonra da internetdə yerləşdiriblər. Ona görə bunları çığırıblar ki, bunu kim edib, kim montaj edib?».

Vəkil «Xəyal» televiziyasının əməkdaşının Qubadan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını, daha sonra barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildiyini deyir.

Cinayət Məcəlləsinin 233-cü maddəsiylə 3 ilə, 309.2 maddəsi ilə 7 ilə qədər həbs cəzası düşür.
«Xəyal»ın saxlanan 3-cü əməkdaşı reklam üzrə menecer Zaur Mustafayevdir.


Geri qayıt