Əsas Səhifə > Dünya > NOVRUZ HARA, ERMƏNİLƏR HARA?...

NOVRUZ HARA, ERMƏNİLƏR HARA?...


23-03-2012, 12:36
NOVRUZ HARA, ERMƏNİLƏR HARA?...

İRAN PARLAMENTİNİN SƏDRİNDƏN ƏCAİB ADDIM

İran parlamentinin spikeri Əli Laricani Azərbaycan, Ermənistan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Hindistandan olan 11 həmkarını Novruz bayramı münasibəti ilə təbrik edib. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Laricani təbrik mesajında bildirib ki, Novruz mədəni və tarixi əlaqələrə əsaslanaraq dünyanın bir çox ölkələri arasında strateji əməkdaşlığı inkişaf etdirməyə və yaxşılaşdırmağa kömək edəcək. O, həmkarlarını insanlara yeni qüvvə və ümid gətirən yazın gəlişi münasibəti ilə təbrik edib.

Onun sözlərinə görə, Novruz - uzun illər birgə yaşayan İran və türk xalqlarının zəngin mədəniyyətinin simvoludur.

Parlament spikeri Novruzun beynəlxalq bayrama çevrilməsindən məmnunluğunu ifadə edib: "Bu bayram dünyada müxtəlif mədəniyyətləri və xalqların birləşməsinin simvoludur".


Geri qayıt