Əsas Səhifə > Dünya > MOLDOVADA PREZİDENT AND İÇİR

MOLDOVADA PREZİDENT AND İÇİR


23-03-2012, 12:01
MOLDOVADA PREZİDENT AND İÇİR

KİŞİNYOVU HÜQUQÇÜNAS İDARƏ EDƏCƏK

Martın 23-də Moldovada yeni prezident Nikolay Timofti and içəcək.

63 yaşlı Timofti martın 16-da parlamentdə tələb olunan 61 səs qarşılığında 62 səs toplayaraq prezident seçilib. Prezident seçkisi ilə bağlı səsverməni yalnız kommunistlər boykot etmişdi.

2009-cu ildən bu yana Moldovada prezident olmayıb. Bu vaxta qədər ölkədə prezident seçmək üçün göstərilən dörd cəhddən heç biri alınmamışdı.

63 yaşlı Nikolay Timofti hüquqşünasdır. 2011-ci ilin martından Ali Magistratura Şurasının sədri vəzifəsində çalışıb.


Geri qayıt