Əsas Səhifə > Cəmiyyət > TELESENZURA BƏRPA OLUNA BİLƏR

TELESENZURA BƏRPA OLUNA BİLƏR


23-03-2012, 11:42
TELESENZURA BƏRPA OLUNA BİLƏR

MTRŞ SƏDRİ PREZİDENTDƏN CAVAB GÖZLƏYİR

“Milli Televiziya və Radio Şurasına əlavə səlahiyyətlərin verilməsi ilə bağlı ölkə prezidentinə ünvanlanan müraciətə hələlik cavab verilməyib. Amma bu məsələ cəmiyyət tərəfindən də dəstəklənir”.

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, başqa ölkələrdə olduğu kimi, MTRŞ-ya bəzi verilişlərin yayımının bir neçə günlüyə dayandırılması səlahiyyəti verilməlidir: “Belə olarsa, televiziya kanalları lazımsız verilişləri bir daha yayımlamayacaq. Bu, daha çox çəkindirici xarakterdə olan əlavə səlahiyyət istəyidir”.

Rəqəmsal yayıma keçidlə bağlı prosesin davam etdiyini deyən MTRŞ sədri bildirib ki, Şura bununla bağlı əhalinin tərəfindədir: “Çalışıqrıq ki, rəqəmsal yayıma keçəndə əhalinin aztəminatlı hissəsi çox əziyyət çəkməsin. Əhalinin aztəminatlı təbəqəsinin dekoderlərlə təmin olunması ilə bağlı ölkə prezidentinə göndərdiyimiz müraciətə baxılır. Müraciət müsbət həllini taparsa, rəqəmsal yayıma keçid çox tez başa gələcək. Əks halda, bir müddət analoq yayımla rəqəmsal yayımı paralel aparmaq məcburiyyətində qalacağıq”.


Geri qayıt