Əsas Səhifə > Ölkə > “LİDERLƏRİ ƏHALİNİ SÜLHƏ HAZIRLAMAĞA ÇAĞIRIRIQ”

“LİDERLƏRİ ƏHALİNİ SÜLHƏ HAZIRLAMAĞA ÇAĞIRIRIQ”


22-03-2012, 15:25
“LİDERLƏRİ ƏHALİNİ SÜLHƏ HAZIRLAMAĞA ÇAĞIRIRIQ”

ATƏT-DƏN DAHA BİR QARABAĞ BƏYANATI

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, Hillary Clinton (ABŞ), Sergey Lavrov (Rusiya) və Alan Jupenin (Fransa) imzaladığı bəyanatda deyilir:

«ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri dinc və davamlı nizamlanma əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini siyasi iradə nümayiş etdirməyə çağırır. Yalnız danışıqlar yolu ilə nizamlanma sülhə və sabitliyə gətirə bilər, münaqişənin həlli üçün istənilən güc tətbiqi cəhdi regionda böyük faciələrə səbəb olar.

Müharibənin nəticələrindən daha çox region xalqları əziyyət çəkib, nizamlanmanın ləngiməsi onların çətinliklərini daha da artırır. Regionun böyüyən yeni nəsli azərbaycanlılarla ermənilərin əvvəllər necə bir yerdə yaşadığını görməyib, bu isə bu süni ayrılmanı və müharibənin yaralarını daha da dərinləşdirir. Bu səbəbdən biz liderləri öz ölkələrinin əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq».

Nazirlər sülhə nail olmaq istiqamətində tərəqqi əldə edildiyini vurğulayıb, həmsədr ölkələrin prezidentlərinin 2009-cu ildə Akvil, 2010-cu ildə Muskok və 2011-ci ildə Dvildə verdikləri birgə bəyanatı xatırladıblar.

«Biz ölkə liderlərini çərçivə sazişi üzərində işi mümkün qədər tez başa çatdırmağa, bunun ardınca isə Helsinki Yekun Aktında nəzərdə tutulan güc tətbiq etməmək, ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və xalqların bərabərliyi prinsipləri, BMT Nizamnaməsi, habelə regionun hazırkı «status-kvo»-dan daha təhlükəsiz və çiçəklənən gələcəyə çıxmasına imkan verən beynəlxalq hüququn norma və prinsipləri əsasında yekun həll qərarı verməyə çağırırıq», - deyə bəyanatda vurğulanır.


Geri qayıt