Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ ELMLƏR DOKTORU OLDU

MÜĞƏNNİ ELMLƏR DOKTORU OLDU


7-10-2011, 14:15
MÜĞƏNNİ ELMLƏR DOKTORU OLDU

KAYLİ MİNOUQ HƏLƏ ÇOX HEYRƏTLƏNDİRƏCƏK

Məşhur müğənni, avstraliyalı Kayli Minouq döş xərçəngindən müalicə olunduqdan sonra bu mərəz barədə maarifləndirmə ilə məşğul olmaqla yanaşı, xərçəng xəstələrinə yardım göstərən müxtəlif xeyriyyə təşkilatlarına böyük məbləğlərdə ianələr verib.

"The İndependent"in məlumatına görə, İngiltərədəki Anglia Ruskin Universiteti müğənninin maarifləndirmə və xeyriyyəçilik fəaliyyətini nəzərə alaraq ona fəxri elmlər doktoru titulunu verib.

Adın təqdimat mərasimində Minouq universitet tələbələri qarşısında çıxış edərkən bildirib ki, 6 il əvvəl onda aşkarlanmış xərçəng xəstəliyi bu mərəzə tutulmuş insanlara dəstək olmaq və onlara yardım etmək üçün ona "ruh verib".


Geri qayıt