Əsas Səhifə > Gündəm, Manşet > İSRAİLDƏN AZƏRBAYCANA DAHA BİR ZƏRBƏ

İSRAİLDƏN AZƏRBAYCANA DAHA BİR ZƏRBƏ


22-03-2012, 11:39
İSRAİLDƏN AZƏRBAYCANA DAHA BİR ZƏRBƏ

ÖLKƏMİZİN ADI YƏHUDİLƏR ÜÇÜN “QARA SİYAHI”YA SALINIB

İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşları üçün terror təhlükəsinin real olduğu ölkələrin adını açıqlayıb.

APA-nın “İzrus”-a istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycanın da adı var.

Terrorla mübarizə qərargahı qeyd edir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur.

Xəbərdarlıqda bildirilir ki, 6 apreldə başlayacaq Pesax yaz bayramları qeyd olunarkən terrorçuların xarici ölkələrdəki israillilərə, habelə yəhudi diasporuna hücum ehtimalı artır.

Bunda “Hizbullah” terror təşkilatı daha aktivdir. Hədəflər arasında isə israilli biznesmenlər və keçmiş yüksək vəzifəli dövlət qulluqçuları prioritet təşkil edir. Əsasən isə terrorun sui-qəsd və girov götürmə formalarına üstünlük verilir.

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ilin yanvarında Bakıda yəhudi ictimai xadimlərinə qarşı terror aktları planlaşdıran qrupu zərərsizləşdirdiyini açıqlayıb.


Geri qayıt